"Azərbaycan deyəndə" layihəsinin təqdimatı keçirildi - FOTOLAR

GƏNCLİK
18:20 13.07.2021
2040
Gənclər və İdman Nazirliyi və MAG (Müasir Azərbaycan Gənci) verilişinin birgə təşkilatçılığı ilə "Azərbaycan deyəndə" layihəsinin təqdimatı keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himnimiz səsləndirilib və torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, "Azərbaycan deyəndə” layihəsinin əsas hədəfi Azərbaycan həqiqətlərinin, tariximizin, mədəni irsimizin və ölkəmizin uğurlarının beynəlxalq aləmdə təbliğində gənclərin fəal iştirakına şərait yaratmaqdır.

Layihə çərçivəsində gənclərə sosial mediada işləmək sahəsində müvafiq biliklərin verilməsi və digər tədbirlərin reallaşdırılmasının da nəzərdə tutulduğunu qeyd edən İntiqam Babayev sonda hamını bu prosesdə fəal iştirak etməyə dəvət edib.

Sonra "Azərbaycan deyəndə" layihəsinin saytı qonaqlara təqdim olunub. Eləcə də, Azərbaycan deyəndə nələr edə bilərik?” mövzusunda müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Tədbirdə Gənclər təşkilatlarının rəhbərləri, yaradıcı gənclər, gənc alimlər, media nümayəndələri, sosial media mütəxəssisləri iştirak ediblər.

"Azərbaycan deyəndə"  saytının linkini diqqətinizə çatdırırıq: https://azerbaijan-is.com/
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb