Azərbaycan diaspor təşkilatı Qazaxıstan ilə əlaqələri gücləndirir

Azərbaycan diaspor təşkilatı Qazaxıstan ilə əlaqələri gücləndirir
SİYASƏT
15:46 06.02.2019
4133
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) ilə Qazaxıstanın bir sıra QHT və ali təhsil ocaqları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair səmərəli müzakirələr aparılıb.

AKDC-dən AZXEBER.COM-a bildirilib ki, Cəmiyyətin sədri Orxan Həsənoğlu Almatı şəhərində Qazaxıstanın Türkcə Danışan Jurnalistlər Şurası, Abay Dövlət Universiteti və Əl Fərabi adına Qazaxıstan Milli Universitetində görüşlər keçirib. Görüşlərdə məqsəd Azərbaycanın tanıdılması və Qazaxıstanın latın qrafikalı əlifbaya keçid mərhələsində ortaq fəaliyyətlərə aid proqramlar reallaşdırmaq üçün birgə layihələr üzərində imkanları təhlil etmək olub.

Görüşlərdə Azərbaycanda latın qrafikalı əlifbaya keçidlə bağlı həyata keçirilən böyük layihələr, ulu öndər Heydər Əliyevin bu istiqamətdə qəbul etdiyi qətiyyətli qərarların nəticələri, o cümlədən Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub. Azərbaycanın təcrübəsinin qardaş ölkə ilə paylaşması və gələcəkdə universitetlərin bu proseslərdə rolundan bəhs olunub.

Səfər çərçivəsində Orxan Həsənoğlu, həmçinin Qazaxıstanın aparıcı qəzet və xəbər agentliklərinin əməkdaşları ilə görüşüb. Qazaxıstanlı jurnalistlərin iştirakı ilə mətbuat konfransı baş tutub.

Almatı televiziya kanalına müsahibə verən O.Həsənoğlu Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin fəaliyyətindən və məqsədlərindən geniş bəhs edib. Bildirib ki, Azərbaycan bütün istiqamətlərdə olduğu kimi, elm sahəsində də böyük uğurlar əldə edib. Ölkəmizdə son illərdə mühüm beynəlxalq elmi-praktik konfranslar keçirilib. Artıq Azərbaycan dünya elm cəmiyyətinə inteqrasiyada mühüm addımlar atan və təhsildə vacib islahatlar həyata keçirən ölkələrdən biri kimi tanınmaqdadır. Cəmiyyət sədri deyib ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi bu vaxta qədər həllini tapmasa da, ölkəmiz öz sülhməramlı niyyətini əzmlə qorumaqdadır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və təcavüzkar Ermənistan bizim tarixi torpaqlarda qurulan oyuncaq bir dövlətdir. Əldə olunan uğurlar və həyata keçirilən transmilli layihələr Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair ümidləri artırır.

Həmçinin ulu öndər Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründən daim Qazaxıstan Respublikasına və xalqına olan qayğısından söz açılıb. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında tarixi bağlar, qardaşlıq və dostluq münasibətləri bu gün də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
23:56 29.10.2026
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
23:52 29.10.2026
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
23:51 29.10.2026
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Sumqayıtda “Nissan” alışıb yandı - Video
23:42 29.10.2026
Sumqayıtda “Nissan” alışıb yandı - Video
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
23:33 29.10.2026
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
23:24 29.10.2026
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
Bakıda yük avtomobili qəza törədib, yolda hərəkət məhdudlaşdırılıb
23:19 29.10.2026
Bakıda yük avtomobili qəza törədib, yolda hərəkət məhdudlaşdırılıb
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
23:12 29.10.2026
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
23:09 29.10.2026
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
23:03 29.10.2026
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
22:30 29.10.2026
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
22:18 29.10.2026
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
22:09 29.10.2026
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib