"Azərbaycan diasporunun güclənməsi Paşinyanı qorxuya salıb" - Deputat

"Azərbaycan diasporunun güclənməsi Paşinyanı qorxuya salıb" - Deputat
SİYASƏT
15:21 04.08.2020
2882
Erməni diasporasının və lobbisinin uğursuzluqları bu ölkədə ciddi təşvişə səbəb olub. Son vaxtlar dünyanın müxtəlif ölkələrində ermənilər və azərbaycanlılar arasında baş verən qarşıdurmalar bu prosesdə həlledici rol oynayır. Belə ki, ermənilər azərbaycanlıları təxribata çəkməklə böyük dövlətlərin siyasi dəstəyini qazanmağa ümid etsələr də onların bu cəhdi əks-effekt verir.

Erməni diasporasının güclü olduğu Fransa, Rusiya, ABŞ kimi ölkələr də rəsmi səviyyədə onlara heç bir dəstək vermədi. Bunun əksinə olaraq, ABŞ Konqresində Azərbaycanın işğal olunmuş ərazilərində məcburi köçkünlərin vəziyyətinin araşdırılmasına dair qətnamə qəbul olundu. Eyni zamanda, ABŞ Nümayəndələr Palatası erməni lobbisinin təqdim etdiyi Azərbaycana hərbi dəstəyin dayandırılmasına dair düzəlişi qəbul etmədi. Bundan başqa müxtəlif ölkələrdə azərbaycanlıların erməni vəhşiliyi əleyhinə təşkil etdiyi aksiyalar düşmən ölkəninin iqtidarını ciddi təşvişə salıb.

Məhz bu uğursuzluqlara görə Ermənistanın Baş naziri Nikol Paşinyan Diasporla iş Komitəsində 4 nəfərin vəzifəsini dəyişib və 10 məhsul işçini vəzifəsindən azad edib. Paşinyanın bu strukturda həyata keçirdiyi təmizləmə əməliyyatı erməni lobbisinin "gücü” haqqında mifin dağıdılması, xaricdə yaşayan azərbaycanlıların fəallığı qarşısında aciz durumda qalmalası ilə bağlıdır.
 


Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, erməni diasporları Paşinyanın bütün ümidlərini puç edib:

"Düşünürəm ki, Ermənistanın mövcud vəziyyətində diasporları özlərini doğrultmayıb və buna görə də orada vəziyyət dəyişib. Kütləvi işdən çıxarmalar da məhz bununla bağlıdır. Artıq Paşinyan da anlayır ki, yalanlarla çox uzağa getmək olmaz. Çünki artıq köhnə qaydalar işə yaramır. Onlar xarici ölkələrdə yaşayan azərbaycanlılarımız tərəfindən aciz durumda qalıblar. Bunu görmək üçün xaricdə baş tutan etiraz aksiyalarına baxmaq kifayətdir.

Deputat Azərbaycan diasporlarının da işinin yüksək qiymətləndirib:

Bunun da başlıca səbəbi Azərbaycan diasporlarının yüksək peşəkarlığı və Azərbaycanın haqq səsini dünyaya çatdırmaları ilə bağlıdır. Bizim diaspora Avropa və ABŞ-da çox güclənib. Bizim hər birimiz bunun şahidi olduq. Məhz bu güclənmə də düşməni qorxuya salıb, Paşinyan da bu addımı atmağa məcbur olub. Diasporamız bundan sonra da daha yaxşı və güclü faliyyət göstərməli, bununla kifayətlənməməlidir".

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
17:50 18.08.2026
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
17:41 18.08.2026
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
17:32 18.08.2026
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Azərbaycanda qardaş bacısını maşında öldürdü
17:10 18.08.2026
Azərbaycanda qardaş bacısını maşında öldürdü
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
15:50 18.08.2026
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
15:44 18.08.2026
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
15:38 18.08.2026
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
15:36 18.08.2026
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
15:21 18.08.2026
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI