Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
SOSİAL
13:21 29.06.2025
595
Bu gün mayın 4-də keçirilmiş birinci Azərbaycan dili imtahanında iştirak etməyən şagirdlər və ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin ilk imtahanda iştirak etməyən və ya iştirak edib "qeyri-məqbul” qiymət alan abituriyentlər üçün Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanı (ikinci cəhd) baş tutub.

Dövlət İmtahan Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, imtahanda 1458 nəfərin iştirakı gözlənilirdi.

İmtahanda 6 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edib. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 128 nəzarətçi ayrılıb, 20 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.

Sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 1 həftədən sonra elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN onları ABŞ-ın Ukrayna üzrə danışıqlarına mane olmaqda ittiham edib
08:33 30.10.2026
Rusiya XİN onları ABŞ-ın Ukrayna üzrə danışıqlarına mane olmaqda ittiham edib
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
08:23 30.10.2026
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:19 30.10.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İki helikopter toqquşub, ölənlər var
08:12 30.10.2026
İki helikopter toqquşub, ölənlər var
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:03 30.10.2026
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
08:00 30.10.2026
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
07:58 30.10.2026
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
07:56 30.10.2026
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
07:50 30.10.2026
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
07:40 30.10.2026
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
07:33 30.10.2026
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
07:23 30.10.2026
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
07:20 30.10.2026
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
07:17 30.10.2026
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
07:08 30.10.2026
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
06:50 30.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək