Aprelin 29-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Avstriya Mərkəzinin təşkilatçılığı ilə başlayan alman dili müəllimlərinin “Didaktikada və dilçilikdə müasir metodikalar” mövzusunda iki günlük seminar başa çatdı. ADU-dan AZXEBER.COM-a verilən məlumata görə, seminarda 30 nəfər alman dili müəlliminə Avstriyanın aparıcı universitetlərin professorları təlim keçiblər.
Avstriya Respublikasının Təhsil Nazirliyinin Alman dili xarici dil kimi idarəsinin rəisi Norbert Habelt rəhbərlik etdiyi professor heyəti müəllimlərə “Avstriya-Quiz” Tədris materiallarını, “Avstriya rəssamlıq tərzində”, “Alman dili dərsində yaradıcı yazı”, “Plurisentika-Avstriya almancası” mövzularından bəhs ediblər. Valter Talhamer, Vera Ahamer, Martin Valz və Norbert Habelt tərəfindən keçirilən seminar Ştefan Zvayqın “Bizansın işğalı” qiraəti ilə yekunlaşdı.
Xatırladaq ki, seminar aprelin 29-da başlamışdı. Açılış mərasimində Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer –Kaybiç də iştirak etmişdir.
Qeyd edək ki, ki, ADU-da Avstriya Mərkəzi 2010-cu ilin iyun ayından fəaliyyət göstərir.