Azərbaycan diplomatı Qətərin ali ordeni ilə təltif olundu
Bütün Xəbərlər
00:01 10.09.2012
1285
Qətər əmiri Həməd bin Xəlifə əl-Tani Azərbaycan-Qətər münasibətlərinin inkişafına verdiyi töhfə ilə əlaqədar Azərbaycan səfiri Eldar Səlimovu "Fərqlənmə" ordeni ilə təltif edib. AZXEBER.COM "Trend"ə istinadən verdiyi xəbərə görə, bu gün Qətərdə diplomatik fəaliyyətini tamamlayan səfiri qəbul edərək ona ordeni təqdim edib."Fərqlənmə" ordeni Qətərin ali ordenidir. Orden siyasətçilərə və xarici diplomatlara verilir.