Azərbaycan Dövlət İqtisad Universitetində kadr dəyişikliyi olub.
Universitetdən AZXEBER.COM-a verilən məlumata görə, rektorun imzaladığı əmrə əsasən, Zülfüqar İbrahimli ali təhsil ocağının Biznes inzibatçılığı fakültəsinin dekanı vəzifəsinə təyin edilib.
Z.İbrahimli əvvəllər həmin fakültənin dekan müavini olub.