Azərbaycan Dövlət Pedeqoji Universitetində Akademi Karyera Seminarı keçiriləcək

GƏNCLİK
13:19 21.12.2011
2727
Azərbaycan Dövlət Pedeqoji Universitetində Akademi Karyera Seminarı keçiriləcək.AZXEBER.COM-un məlumatına görə, Akademi Təhsil Mərkəzi gənclərə uğurlu karyera qurmaqda dəstək olmaq məqsədilə "Akademi karyera seminarı" layihəsi çərçivəsində növbəti tədbirini keçirəcək. Seminar çərçivəsində növbəti görüş 23 dekabr saat 12:00-da Azərbaycan Dövlət Pedoqoji Universitetinin konfrans zalında keçiriləcək. Məruzəçilər televiziyadakı fəaliyyəti ilə yanaşı, uğurlu biznes karyerasına start vermiş teleaparıcı İlkin Həsəni, Azərbaycanda KİV və PR texnologiyalar üzrə peşəkar ekspert Əli Hacızadə, KANAL 13 internet kanalının icraçı direktoru Əziz Orucov, "Modern Marketing Group" Şirkətinin təsisçisi, Marketing Academy layihəsinin rəhbəri Yusif Vəliyev, Regional Psixologiya Mərkəzinin rəhbəri, peşəkar psixoloq Murad İsayev və Akademi Təhsil Mərkəzinin layihələr üzrə meneceri Razi Vəliyevdir.

OXŞAR XƏBƏRLƏR