“Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir”

“Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir”
SOSİAL
18:28 18.05.2023
255

"Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə keçirilən növbəti görüşündə iki ölkə arasında imzalanacaq sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya və bir sıra humanitar məsələlər nəzərdən keçirilib”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, tədricən ənənəyə çevrilməkdə olan Brüssel formatı bir sıra maraqlı məqamları ilə yadda qalıb:"Əvvəla, Brüssel görüşünün indiki üçtərəfli formatda – yəni Şarl Mişelin iştirakı ilə keçirilməsi Azərbaycanın tələbi ilə baş tutub. Ermənistan tərəfinin Fransa prezidenti Emmanuel Makronu çox ciddi-cəhdlə tərəf müqabili etmək həvəsi bu dəfə də ürəyində qalıb. Yəni Azərbaycan ermənilərin diriltmək istədiyi "Minsk qrupu”nu "basdırdığı” kimi, onların "Fransa həvəsi”ni də birdəfəlik dəfn edib. Görünür gələcəkdə də belə olacaq. Çünki tərəflərin noyabrın sonuna qədər bu formatda bir daha görüşmək barədə razılığa gəlməsi Şarl Mişelin bəyanatında əksini tapıb.

İkincisi, müzakirə olunan məsələlərdən açıq aydın görünür ki, Brüssel görüşlərinin gündəliyini Azərbaycan tərəfi müəyyənləşdirir. Yəni, sülh sazişi, sərhəd məsələləri, kommunikasiyaların açılması və s. bu gün Azərbaycanın Ermənistanla münasibətlərində önəm verdiyi əsas problemlərdir. Ermənistanın ətrafında hay-küy qaldırdığı "Laçın dəhlizi”, qondarma "Artsaxdakı humanitar böhran”, "blokada” və s. kimi uydurmaları isə görüş təşkilatçılarının marağında olmadığı göz qabağındadır.

Üçüncüsü, humanitar məsələlərin, konkret olaraq bu yaxınlarda azaraq ermənilərə əsir düşmüş azərbaycanlı əsgərlərin qaytarılması məsələsinin görüşün gündəliyinə salınması, onların "ikinin ikiyə” (ermənilərin istədiyi kimi, "hamının hamıya” yox) dəyişdirilməsinin müzakirəsi də şəksiz, Azərbaycanın tələbi ilə baş verib. Çünki bu tələblər tam hüquqi, beynəlxalq müqavilələrə və konvensiyaların ruhuna tam uyğundur və onların geri çevrilməsi üçün heç bir əsas yoxdur”.

Siyasi şərhçi qeyd edib ki, bu sıraya "Zəngəzur dəhlizi”, 1991-ci il "Almatı bəyənnaməsi” və s. məsələləri də aid etmək olar: "Xüsuilə Ermənistanın Azərbaycanı (Qarabağ da daxil olmaqla) 86,6 min kv.km, Azərbaycanın isə Ermənistanı 29,8 min kv. km-lik” ərazi çərçivəsində tanımasını ehtiva edən "Almatı bəyannaməsi”nin müzakirələrin ana gündəliyinə qaytarılması Azərbaycanın və onun şəksiz lideri İlham Əliyevin böyük diplomatik qələbəsidir.

Bütövlükdə, siyasi proseslərin gedişatı göstərir ki, Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir və möhkəmləndirir. Ermənistanın baş naziri Paşinyan da bunu başa düşür. Lakin daxili auditoriyanın ciddi təzyiqi altında olan Paşinyan hələ ki, siyasi manevrlərlə, sərhəddə təxribatlar törətməklə prosesləri bir qədər ləngitməyə, istiqamətini dəyişməyə və müxtəlif yollarla vaxt udmağa çalışır. Vaxt isə yoxdur və ermənilər artıq bu reallığı dərk etməlidirlər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir