Azərbaycan əhalisinin koronavirusa qarşı immuniteti var? - Həkim açıqladı

SAĞLAMLIQ
11:58 10.05.2020
2945
Almaniyada yaşayan azərbaycanlı həkim Nuran Abdullayev COVID-19 virusuna təkrar yoluxma və yoluxduqdan sonra qazanılan immunitet haqqında danışıb.

AZXEBER.COM xəbər verir ki, o, virusa yoluxmadan nə qədər zaman sonra bir daha ağır şəkildə keçə biləcək virus yoluxması ola bilər mövzusuna da aydınlıq gətirib. 

Qazanılmış immunitet hələ də elmi arenada böyük tədqiqat mövzusu olduğunu bildirən tibb elmləri doktoru bildirib ki, bəlkə də Azərbaycan əhalisinin də əksəriyyətində artıq qazanılmış İmmunitet var ki, bu gün onların tələb olunan gigiyenik normalara əməl etməmələri ölüm saylarını kəskin şəkildə çoxaltmır və biz bunu elmi olaraq hələ dəqiq bilmirik, amma təbii ki, ehtimal olunan bir nəticədir. 

Əhalidə qazanılmış immunitetin olmasını təsdiq edən müxtəlif yeni testlərin və seroloji müayinələrin tədbiqi, eləcə də keçmişdə bu xəstəliyi keçirdib və şübhəli olan xəstələrin tapılıb incələnməsi bir başa çıxış yoludur, deyə Nuran Abdullayev bildirib.

Bundan əlavə tibb elmləri doktoru dəridə yarana biləcək dəyişikliklər haqqında insanlara son elmi məlumatları çatdırıb.
 

OXŞAR XƏBƏRLƏR