Təbii amma təhlükəli: dazıotu yağının faydaları və yan təsirləri

Təbii amma təhlükəli: dazıotu yağının faydaları və yan təsirləri
SAĞLAMLIQ
14:49 04.06.2026
115
 
Dəriyə faydaları ilə tanınan dazıotu yağı (kantaron yağı) uzun illərdir həm xalq təbabətində, həm də dəriyə qulluq məhsullarında istifadə olunur. Mütəxəssislərin sözlərinə görə, bu bitki mənşəli yağ yaraların sağalmasına dəstək ola, dərini nəmləndirə və müxtəlif dəri problemlərinin azalmasına kömək edə bilər.

AZXEBER.COM xəbər verir ki, əsrlərdir yaraların sağalmasında istifadə olunan bu bitki mənşəli möcüzə dəri sağlamlığı üçün bu gün də ən güclü dəstəkçilərdən biri hesab olunur.

Sızanaq izlərindən günəşdən sonra yaranan qıcıqlanmaya, dəri quruluğundan yaşlanma əlamətlərinə qədər bir çox problemdə faydalı olan bu məhsulun yan təsirləri də az deyil.
 
Mütəxəssislər xəbərdarlıq edirlər ki, dazıotu yağı düzgün vaxtda və düzgün şəkildə istifadə edilmədikdə dəriyə zərər verə bilər.

Dazıotu yağı əsasən axşam saatlarında, günəşə çıxmadan əvvəl deyil, dərinin istirahət etdiyi gecə vaxtı təmiz dəriyə nazik qatla tətbiq edilir. Günəş şüaları ilə təmasda olduqda dəridə həssaslıq yarada biləcəyi üçün gündüz istifadəsi məsləhət görülmür.

Dazıotu yağının faydaları arasında dərinin nəmləndirilməsi, quruluğun azaldılması, sızanaq izlərinin və yüngül yaraların sağalmasına dəstək, həmçinin qıcıqlanmış dərinin sakitləşdirilməsi yer alır. Bundan əlavə, dərinin daha elastik və hamar görünməsinə kömək etdiyi bildirilir.

Lakin qeyd olunur ki, bu yağ hər dəri tipinə uyğun olmaya bilər və həssas dərilərdə allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən istifadədən əvvəl kiçik bir sahədə test edilməsi və zərurət olduqda həkimlə məsləhətləşilməsi tövsiyə edilir.

Mütəxəssislər vurğulayırlar ki, dazıotu yağı tibbi müalicəni əvəz etmir və yalnız dəriyə qulluq məqsədilə dəstəkləyici vasitə kimi istifadə olunmalıdır.
 
Aysel

OXŞAR XƏBƏRLƏR