Polşanın Çindəki səfiri Yakub Kumox istefa verib.
AZXEBER.COM "unikal"-a istinadən xəbər verir ki, o, vəzifəsindən geri çağırılmaq üçün prezidentə müraciət edib.
Diplomat açıqlamasında bu qərarı Polşadakı hadisələrlə əlaqələndirib.
"Ölkədəki hadisələr səbəbindən artıq vəzifələrimi yerinə yetirə bilməyəcəyim qənaətinə gəldim", - deyə o bildirib.
Səfir həmçinin qeyd edib ki, açıqlama verdiyi gün istefa ərizəsi verib və geri çağırılmaq üçün müraciət edib.
Qeyd edək ki, Polşada dövlət çevrilişinə cəhd olub











































