ABŞ Fransadakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib

ABŞ Fransadakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib
DÜNYA
04:30 31.10.2026
140
Fransada oktyabrın 31-də keçirilməsi planlaşdırılan etirazlarla əlaqədar ABŞ öz vətəndaşları üçün gücləndirilmiş təhlükəsizlik xəbərdarlığı elan edib.

AZXEBER.COM xəbər verir ki, əvvəlki nümayişlərdə olduğu kimi, ABŞ-nin Fransadakı səfirliyi həftəsonu etirazlarından əvvəl öz vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığı elan edib.

BFMTV-nin məlumatına görə, bu xəbərdarlıq əvvəlki zorakı toplantılar, talanlar və polisə hücumlar, habelə təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etməsi ilə müşayiət olunan iğtişaşlardan sonra edilib. ABŞ, həmçinin bəzi yerlərdə hələ də qüvvədə olan komendant saatı barədə xəbərdarlıq edib.

Birləşmiş Ştatların səfirliyi tövsiyə edib ki, vətəndaş özünü gözlənilmədən izdihamlı yerlərə yaxın ərazidə taparsa, ehtiyatlı davranmalı və oradan dərhal uzaqlaşmalıdır.
OXŞAR XƏBƏRLƏR