Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycan elminə ağır itki üz verdi
Bütün Xəbərlər
14:21 24.09.2014
2984
Tanınmış professorumuz 84 yaşında dünyasını dəyişdi.
Azərbaycan elminə ağır itki üz verib.
Tanınmış professor Nurqələm Mikayılov 84 yaşında dünyasını dəyişib.
AZXEBER.COM milli.az-a istinadla xəbər verir ki, fəlsəfə elmləri doktoru, professor N.Mikayılov Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarix və sosial-siyasi fənlər kafedrasının müdiri işləyirdi.
N.Mikayılov 1930-cu ildə Şamaxı rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, Şamaxıda kənd məktəbində müəllim işləyib. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri işləyib. Onlarla kitabın və elmi-metodiki vəsaitin müəllifidir.
OXŞAR XƏBƏRLƏR