Azərbaycan ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Bütün Xəbərlər
12:20 20.01.2012
1127
Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəliyə dayandırılıb.Nqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib. 20 yanvar Milli Matəm Günü münasibəti ilə həmçinin Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.