Azərbaycan ərazisində bu axşamdan başlayaraq güclü külək əsəcək

Azərbaycan ərazisində bu axşamdan başlayaraq güclü külək əsəcək
Bütün Xəbərlər
12:07 12.03.2014
1066
Azərbaycan ərazisində bu axşamdan gecəyə doğru güclü külək əsməyə başlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, martın 12-si axşam saatlarından respublikanın şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin yağıntılı olacağı gözlənilir. Martın 13-dən martın 14-ü gündüzədək ayrı-ayrı rayonlarda havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.
Ötən günlərlə müqayisədə martın 13-də ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək. Bu axşamdan gecəyə doğru küləyin güclənəcəyi gözlənilir. Güclü külək martın 13-ü günün ikinci yarısınadək davam edəcək.
Bakıda və Abşeron yarımadasında bu gün havanın temperaturu günün birinci yarısında 12-15 dərəcə isti olduğu halda, sabah temperatur 5-7 dərəcədən yüksək olmayacaq.
Aran rayonlarında martın 13-də havanın temperaturu gündüz saatlarında 5-10 dərəcə, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gğözlənilir. Gözlənilən hava proqnozu mart ayı üçün normal sayılır.
Martın 15-dən isə ölkə ərazisində havanın temperaturu yüksələcək
OXŞAR XƏBƏRLƏR