Azərbaycan ərazisində qeyri-sabit hava 2 gün davam edəcək

Azərbaycan ərazisində qeyri-sabit hava 2 gün davam edəcək
Bütün Xəbərlər
12:01 21.01.2014
638
Azərbaycan paytaxtı Bakı şəhərində və rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraiti yaxın 2 gün ərzində də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki,yaxın 2 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Onun sözlərinə görə, tutqun və arabir yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.

Qeyd edək ki, yanvarın 20-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçir, temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə düşüb.

OXŞAR XƏBƏRLƏR