Azərbaycan, Ermənistan və Rusiya arasında İşçi qrup yaradıldı

Azərbaycan, Ermənistan və Rusiya arasında İşçi qrup yaradıldı
SİYASƏT
22:57 11.01.2021
785
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları Bəyanata əsasən üç ölkənin rəsmiləri arasında İşçi qrupun yaradılması dəstəklənib.

Bəyanata əsasən 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcək.

Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb