Azərbaycan əsgəri şəhid oldu – Ermənilər basqın etdi

Azərbaycan əsgəri şəhid oldu – Ermənilər basqın etdi
Bütün Xəbərlər
11:10 12.03.2015
1488
“Düzdür, oğul itkisi çox ağırdır”.
Ötən axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupunun Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqınının qarşısını alarkən şəhid olan 1991-ci il təvəllüdlü Anar Mamed oğlu Atayev bu gün doğulduğu kənddə dəfn olunacaq.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, şəhid bu gün günorta saatlarında Ağcabədi rayonu Minəxorlu kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Ən təsirli məqam isə əsgərin elə doğulduğu gün düşmən gülləsinə tuş gəlməsidir.
Dünən Anar Atayevin 24 yaşı tamam olub. Onun ad günü hədiyyəsi isə şəhidlik məqamına yüksəlməsi olub.
Şəhidin atası Mamed Atayev bildirib ki, oğlunun şəhidlik zirvəsinə yüksəldiyi üçün qürur hissi duyur.
Düzdür, oğul itkisi çox ağırdır. Sanki canından bir parça gedib. Lakin onun şəhidlik zirvəsinə yüksəlməsi daha çox qürurverici hissdir”, - deyə Mamed Atayev bildirib.
Qeyd edək ki, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.
OXŞAR XƏBƏRLƏR