Azərbaycan əsilli deputat Gürcüstan parlamentində Xocalıdakı vəhşilikdən danışdı - VİDEO

Azərbaycan əsilli deputat Gürcüstan parlamentində Xocalıdakı vəhşilikdən danışdı - VİDEO
SİYASƏT
14:34 22.02.2017
1547
Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev bugün 22 fevral 2017-ci il tarixində Parlament iclasında Xocalı soyqırımı mövzusunda çıxış edib.

AZXEBER.COM xəbər verir ki, azərbaycanlı deputat 26 fevral tarixinin Qafqaz xalqları tarixinə qara hərflərlə yazıldığını qeyd edib. O, dünyada müharibələr nəticəsində milyonlarla insanın dünyasını dəyişdiyini və belə hadisələrin regionumuzda da baş verməsini təəssüfləndirici hal olaraq diqqətə çatdırıb. "Regionda baş verən müharibələr zamanı qadın və uşaqların məqsədyönlü şəkildə ölüm faciəsi məhz Azərbaycanın Dağlıq Qarabağ daha dəqiq Xocalı bölgəsində baş verdi. Xocalı faciəsi zamanı yüzlərlər etnik azərbaycanlı qətlə yetirildi. Ümumi hesabda 613 nəfər həyatını itirdi. Biz hamımız bu faciə haqqında ucadan danışmalı və düzgün qiymətləndirmə etməliyik ki, regionuuzda və başqa yerlərdə təkrar olunmasın. Biz hər şey etməliyik ki, Qafqaz xalqlarının sülh içində yaşamasını bərpa edək. Qafqazda müharibə dövrü başa çatmalıdır” – deyə azərbaycanlı deputat Savalan Mirzəyev bildirib.


OXŞAR XƏBƏRLƏR