AZXEBER.COM-un məlumatına görə, “Buta” filmi Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş “Cape Winelands” film festivalında iştirak etmişdir.Azərbaycanlı rejissorİlqar Nəcəfin çəkdiyi “Buta” ekran əsəri bu nüfuzlu festivalın əsas mükafatı olan “Qran-pri”yə layiq görülmüşdür.“Butafilm” kino şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan filmi 48 ölkənin qatıldığı festivalın “Əsas müsabiqə” bölümündə iştirak etmişdir.Bu ekran əsəri Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və “Butafilm” kino şirkətinin birgə istehsalıdır. 2011-ci ildə çəkilmiş filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf, prodüserləri Xamis Muradov və İlqar Nəcəf, operatoru Georgi Beridze, bəstəkarı Cavanşir Quliyevdir.Filmdə baş rolları Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva və başqaları ifa etmişlər.Film “Asiya Oskarı” kimi tanınan “Asian Pasific Screen Award”ın təqdimat mərasimində “Uşaqlar üçün ən yaxşı bədii film” mükafatını da almışdır.