"Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin Sədri seçildi" - Edqar Abdullayev

"Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin Sədri seçildi" - Edqar Abdullayev
SOSİAL
10:10 30.10.2025
133
28 oktyabr 2025-ci il tarixində Azərbaycan Fintex Assosiasiyasının (AzFina) Ümumi Yığıncağında, Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən şəffaf və anonim seçki prosesi nəticəsində Azərbaycanın ilk lisenziyalı elektron pul təşkilatı olan United Payment MMC-nin Baş İcraçı Direktoru Edqar Abdullayev Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin Sədri seçildi.

Edqar Abdullayev maliyyə texnologiyaları sahəsində 18 ildən çox peşəkar və strateji liderlik təcrübəsinə malikdir. O, 10 il telekommunikasiya və innovasiya sahəsində, ardınca isə 8 ildən artıq müddətdə bank və fintex sektorunda strateji transformasiya layihələrinə rəhbərlik edərək, ölkənin rəqəmsal inkişafında mühüm rol oynamışdır. Hazırda rəhbərlik etdiyi United Payment MMC, 2021-ci ildən təsis edilmiş və ölkədə açıq bankçılıq, elektron pul, ödəniş aqreqasiyası, beynəlxalq rəqəmsal ödənişlər və lisenziyalı fintex xidmətlərinin inkişafında öncül rol oynayır.

Yeni rəhbərlik dövründə AzFina aşağıdakı strateji hədəflərə fokuslanmağı planlaşdırır:

Fintex şirkətləri ilə requlyatorlar (Mərkəzi Bank və digər nəzarət orqanları) arasında daha şəffaf və səmərəli əməkdaşlıq mühiti qurmaq;
Assosiasiyanın beynəlxalq nüfuzunu artırmaq və qlobal layihələrdə yerli fintex-lərin iştirakını təmin etmək;
Üzv bazasını genişləndirərək ölkədə rəqəmsal ödəniş xidmətlərinin koordinasiyalı inkişafına təkan vermək;
Kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün sərfəli və innovativ fintex həllərini təşviq etmək;
İstehlakçılar üçün təhlükəsiz, innovativ və regulyator tələblərə uyğun məhsul və xidmətlərin təqdim olunmasına dəstək vermək.

Bu təyinatla bağlı danışan Edqar Abdullayev bildirib:

"Ölkəmizin maliyyə ekosistemində kifayət qədər vacib rol oynayan lisenziyalı Fintex təşkilatlarının etimadını doğrultmaq istiqamətində var gücümüzlə çalışacaq və bütün resurslarımızı səfərbər edəcəyik. Qarşıdakı dövrdə həm yerli bazarda, həm də beynəlxalq platformalarda daha çevik, şəffaf, dayanıqlı və innovativ fintex ekosistemi qurmaq əsas prioritetimiz olacaq.”

Assosiasiyanın üzv təşkilatlarının iştirakı ilə keçirilən səsvermə nəticəsində İdarə Heyətinin sədri Edqar Abdullayev (UNITED PAYMENT AZERBAIJAN) ilə yanaşı, sədrin müavini olaraq Eynar Abdullayev (GoldenPay OJSC) seçilmişdir.

İdarə Heyətinin üzvlüyünə Zeynal Kərimzadə (Epoint.az), İqbal Rüstəmov (PashaPay) və Rasim Həmmədov (Expresspay) təyin edilmişdir.

Həmçinin Nəzarət-təftiş komissiyasının üzvləri isə Mehriban Əlizadə (PulPal – onlayn ödəniş sistemi), Valeriya Qəniyeva (Max Systems LLC) və Murad Mirzə (akart.az) olmuşdur.

Qeyd edək ki, Azərbaycan Fintex Assosiasiyası hazırda ölkədə Mərkəzi Bankla birgə açıq bankçılıq platformasının genişlənməsi, rəqəsmal ödəniş alətlərinin inkişaf etdirilməsi ilə ödəniş xidmətlərinin rəqəmsallaşması, maliyyə inklyuzivliyinin artırılması və elektron pul tənzimləmələri çərçivəsində aparıcı sektor platformasına çevrilməkdədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır