Azərbaycan Fransadan sonra Almaniyaya da nota göndərdi

Azərbaycan Fransadan sonra Almaniyaya da nota göndərdi
Bütün Xəbərlər
13:33 27.08.2011
1741
Ermənistan tərəfindən “Ermənistan mədəniyyət günləri Ştutqart-2011” çərçivəsində təşkil edilən tədbirlər arasında bu il sentyabrın 19-da Ştutqart şəhərində qondarma “Dağlıq Qarabağ Respublikasının/Artsaxın 20 illiyi” adlı tədbirin keçirilməsi planlaşdırılır. Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Ermənistanın bu növbəti fitnəkarlığının qarşısının alınması istiqamətində AFR-in dövlət təşkilatları ilə, habelə federal torpaq səviyyəsində çoxşaxəli iş aparılmaqdadır.Səfirlik tərəfindən AFR Xarici İşlər Nazirliyinə artıq müvafiq etiraz notası təqdim edilib, məsələ ilə bağlı Azərbaycan Respublikasının mövqeyi bir daha bildirilib, alman ictimaiyyətinin aldadılmasına yönəlmiş və işğal altındakı Azərbaycan torpaqlarında mövcud olan işğalçı rejimin siyasi təbliğatının həyata keçirilməsi məqsədini güdən Ermənistanın bu fitnəkarlığının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi nazirlikdən xahiş edilib. AFR Xarici İşlər Nazirliyi cavabında məsələ ilə bağlı mövqeyində hər hansı dəyişikliyin olmadığını, AFR Federal Hökuməti tərəfindən Dağlıq Qarabağda mövcud rejimin və onun hər hansı nümayəndəsinin tanınmadığını bildirib.Eyni zamanda, Baden-Vürttemberq federal torpağında, Ştutqart şəhərində yerləşən Azərbaycanın fəxri konsulluğu vasitəsilə də tədbirin qarşısının alınması istiqamətində müvafiq addımlar atılmaqdadır. Belə ki, Ştutqart şəhərinin baş meri Volfqanq Şusterin və birinci meri Mixail Fölün ünvanına Ştutqartdakı fəxri konsulluq vasitəsilə müvafiq etiraz və izahedici məktublar göndərilmiş, göstərilən fitnəkarlığın yolverilməz və qəbuledilməz olduğu bildirilib.Bundan əlavə, Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Ştutqart şəhərinin birinci meri ilə müvafiq görüş keçirib. Görüşdə Ermənistan tərəfindən “Ermənistan mədəniyyət günləri Ştutqart-2011” tədbirindən sui-istifadə edərək, işğal altındakı Azərbaycan ərazilərində mövcud olan separatçı rejimin siyasi təbliğatının həyata keçirilməsinə yönəlmiş həmin tədbirin keçirilməsinin qarşısının alınması tələb edilib.Ermənilərin növbəti fitnəkarlığının qarşısının alınması istiqamətində səfirlik tərəfindən müvafiq addımların atılması davam etdirilir. Bununla yanaşı, Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və orada yaşayan həmvətənlərimiz tərəfindən də tədbirin qarşısının alınması üçün müvafiq etiraz aksiyaları həyata keçirilməkdədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib