Azərbaycan Fransaya nota göndərdi

Azərbaycan Fransaya nota göndərdi
Bütün Xəbərlər
13:31 23.08.2011
1555
Artıq Azərbaycanın Parisdəki səfirliyi fransalı deputatların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa səfəri ilə bağlı Fransa Xarici işlər Nazirliyinə etiraz notası təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin birinci katibi Elman Abdullayev məlumat verib. 11:52Fransa Milli Yığıncağının milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri, “Xalq hərəkatı uğrunda şura” parlament fraksiyasının üzvü Gi Tesye 3 həmkarı ilə birgə erməni işağlı altında olan Azərbaycan torplaqlarına -Dağlıq Qarabağa səfər edərək, qondarma respublikanın "parlamentariləri" ilə görüşüb. ANS PRESS "Armenia Today" saytına istinadən xəbər verir ki, guya regiondakı münaqişəni daha yaxşı öyrənmək istəyən fransalı parlamentari ermənilərin tarixən bu torpaqlarda dərin köklərə malik olduğunu bildirib: “Ermənistana səfər edərək biz bu ölkə ilə dostluğumuzu nümayiş etdiririk, Dağlıq Qarabağa isə gələrkən biz bu “ölkə” ilə həmrəyliyimizi göstəririk”.Separatçı rejmə dəstək olduqlarını gizlətməyən, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri-Fransanın parlamentarisi Gi Tesye utanmadan hələ məsələni qaldırmaq qərarına gəlib: “Dostlarımıza baş çəkiriksə, burda pis nə var ki? Məgər bizim bu azad ölkəyə (?) səfər etməyə və dostlarımızla sərbəst görüşməyə haqqımız yoxdur?”Gi Tesye bir tərəfə, Fransa parlamentinin xarici əlaqələr komissiyasının katibi, Vyen şəhərinin meri Jak Remilye qeyd edib ki, Qarabağ uğrunda mübarizə (?) ilə bağlı rəğbətini bildirmək məqsədi ilə Dağlıq Qarabağa şəxsən gəlib: “Demək istəyirəm ki, Qarabağın xalqının müstəqilliyin elan edilməsinə, eləcə də məsələn, Kosovo kimi beynəlxalq ictimaiyyət tərəfindən müstəqilliyinin tanınmasına hüququ var”. Ermənistanın Azatutyun radiostansiyası isə xəbər verib ki, fransız deputatlar səfər çərivəsində separatçı rejmin rəhbəri Bako Saakyanla görüşəcəklər. Xatırladaq ki, son bir neçə ildə deputat Fransua Roşbluanın rəhbərlik etdiyi parlament heyəti bir neçə dəfə Dağlıq Qarabağa səfər edib və Azərbaycanın “qara siyahı”sına daxil ediliblər. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin məbuat xidmətinin birinci katibi Elman Abdullayev ANS PRESS-ə bildirdi ki, artıq Nazirlik bu məsələdən xəbərdardır və lazımi tədbirlər görür. Məsələ araşdırılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
13:45 03.04.2026
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
13:42 03.04.2026
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
13:21 03.04.2026
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
13:08 03.04.2026
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
13:03 03.04.2026
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
13:02 03.04.2026
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
12:57 03.04.2026
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
12:53 03.04.2026
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
12:48 03.04.2026
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
Azərbaycana turist axını azalıb
12:40 03.04.2026
Azərbaycana turist axını azalıb
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
12:36 03.04.2026
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
12:34 03.04.2026
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
12:12 03.04.2026
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
11:58 03.04.2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
11:47 03.04.2026
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB
11:42 03.04.2026
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB