Azərbaycan futbol yığması Ermənistanla qarşılaşacaq

İDMAN
13:33 28.11.2013
988

 Bu gün 19 yaşadək futbolçular arasında növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. 

Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün püşkü Azərbaycan millisinin rəqiblərinin də adlarına aydınlıq gətirib.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirin nəticələrinə əsasən yığmamız gələn ilin payızında keçiriləcək mərhələdə Slovakiya, Ermənistan və Macarıstanla mübarizə aparacaq.

Qeyd edək ki, seçmə mərhələnin 13 qrupunun hərəsində ilk 2 yeri tutanlar. Həmçinin ən yaxşı 3-cü yer sahibi elit-raunda vəsiqə əldə edəcək.

OXŞAR XƏBƏRLƏR