"Sumqayıt"-"Neftçi" matçında "Sumqayıt" klubunun futbolçusu qolu əli ilə vursa da, baş hakim Fariz Yusifov qolu qeydə alıb.
AZXEBER.COM-un məlumatına görə, Topaz Premyer Liqasının XV turunda "Sumqayıt"-"Neftçi" klubları üz-üzə gəlib. Matçın 35-ci dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Nurlan Novruzovun vurduğu qol 1986-ci ildə Argentinalı futbolçu Diyeqo Maradonanın İngiltərənin qapısına vurduğu qola bənzəyib.
Belə ki, Novruzov qolu Maradonasayağı əli ilə rəqib qapısından keçirdib.
Qeyd edək ki, matç 2-1 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.
Həmin videonu təqdim edirik: