Azərbaycan futbolunda görünməmiş hadisə

İDMAN
08:39 16.08.2012
2501
Azərbaycan millisi Bəhreyni 3:0 hesabı ilə məğlub etməklə, futbol tariximizdə görünməmiş nəticəni gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, bu il Hindistan yığmasını da eyni hesabla məğlub edən komandamız 20 illik tarixində ilk dəfə 2 darmadağını 1 ildə edib. Ümumiyyətlə, indiyədək keçirdiyi 187 matçda cəmi 5 belə qələbəsi olan yığmamız əvvəlki 3 uğurunu fərqli illərdə gerçəkləşdirmişdi: 1996, 1997 və 1999-cu illərdə. 2012-ci ildə 2 rəqibini “nokaut”a salan millimizin baş məşqçisi Berti Foqts da sələflər üçün görünməmiş nailiyyətə imza atıb. Belə ki, yığmamızda çalışmış heç bir çalışdırıcı 2 böyük hesablı qələbə görməmişdi. Azərbaycan milli komandasının böyük hesablı qələbələri 27 fevral 1996-cı il Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Farer adaları – 3:0 Baş məşqçi: Kazbek Tuayev 22 mart 1997-ci il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan – 3:0 Baş məşqçi: Vaqif Sadıqov 5 iyun 1999-cu il Bakı. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0 Baş məşqçi: Əhməd Ələsgərov 27 fevral 2012-ci il Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Hindistan – 3:0 Baş məşqçi: Berti Foqts (Almaniya) 15 avqust 2012-ci il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Bəhreyn – 3:0

OXŞAR XƏBƏRLƏR