Azərbaycan futbolunda növbəti rüsvayçılıq: Hakim “Qəbələ“nin haqqını “yedi“ -VİDEO

İDMAN
02:00 28.04.2016
3272

Ölkə kubokunun yarımfinal mərhələsində bu gün keçirilən "Neftçi" - "Qəbələ" oyununda (1:1) FİFA referisi Əliyar Ağayev kobud səhvə yol verib.

İdmanxeber.com-un məlumatına görə, Ağayev qarşlaşmanın 74-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Aleksey Qayın qapıçı ilə təkbətək epizodda olarkən "Neftçi"nin qolkiperi Aqil Məmmədovun ona qarşı kobudluq etməsini simulyasiya kimi dəyərləndirib.

Oyunun videosundan göründüyü kimi həmin epizodda penalti olsa da, hakim səhv qərar verib. O, bu epizodu simulyasiya kimi qiymətləndirərək A.Qayı sarı vərəqə ilə cəzalandırıb.

OXŞAR XƏBƏRLƏR