Azərbaycan Gənclər Fondu təqdimata regionlarda davam edir

Azərbaycan Gənclər Fondu təqdimata regionlarda davam edir
GƏNCLİK
10:49 12.06.2012
1594

Azərbaycan Gənclər Fondu ötən günlərdə böyük təqdimat mərasimi keçirmişdir.

11-16 iyun tarixlərində isə Fond təqdimatlara ölkəmizin bölgələrində davam edəcəkdir. Belə ki, zonal mərkəzlər olaraq təyin olunmuş Quba, Qəbələ, Göyçay, Sumqayıt, Səlyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayaraq Fond haqqında təqdimat edəcək və gənclərə layihələrinin necə maliyyələşdirə biləcəkləri haqda ətraflı məlumat verəcəkdir. Fondun əməkdaşları iki qrupa bölünərək müxtəlif istiqamətlərdə yola düşəcəklər.

Təqdimatları Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov və digər əməkdaşlar aparacaqlar. Keçiriləcək təqdimat mərasimlərinə bölgələrin aktiv gəncləri və gənclər təşkilatları toplanacaqlar. O cümlədən, müvafiq şəhərlərin və rayonların Gənclər və İdman İdarələrinin rəisləri, İcra Hakimiyyəti nümayəndələri təqdimatlarda iştirak edəcəklər. Təqdimatlara ilk olaraq bugün, 12 iyun, saat 11:00-da Sabirabad şəhərində start veriləcəkdir. Zonal mərkəz olaraq təyin olunmuş Sabirabad şəhərində Sabirabad, Hacıqabul, Saatlı, İmişli, Beyləqan və Şirvan kimi şəhərlərdən gənclər qoşulacaqlar. Tədbir Sabirabad şəhəri Mədəniyyət Evində keçiriləcəkdir.

Növbəti təqdimat Quba şəhəri Olimpiya kompleksində, saat 12:00-da baş tutacaqdır. Qubada keçiriləcək tədbirdə Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Laçın kimi şəhərlərdən gəlmiş gənclər iştirak edəcəklər. Bugün ərzində sonuncu təqdimat saat 17:00-da, Salyan şəhəri Gənclər Mərkəzində keçiriləcəkdir. Buraya isə müvafiq olaraq Salyan, Biləsuvar, Neftçala, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabaddan gənclər gələcəklər. Ümumilikdə, hər təqdimatda 150-yə yaxın gəncin iştirakı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli, 542 saylı Fərmanı ilə yaradılmışdır. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev