Azərbaycan Gənclər Parlamenti layihəsinə müraciət qəbulu başladı - FOTO

Azərbaycan Gənclər Parlamenti layihəsinə müraciət qəbulu başladı - FOTO
GƏNCLİK
21:41 01.11.2021
3245
Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi "Azərbaycan Gənclər Parlamenti” layihəsinə start verilir.

28 oktyabr tarixində keçirilən təqdimat mərasimində Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev Ulu öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilmiş Azərbaycan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyən edildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Fəaliyyətə başlaması nəzərdə tutulan Azərbaycan Gənclər Parlamenti ölkəmizdə gənclərin sosial-iqtisadi vəziyyətinin monitorinqi, gənclər arasında hüquq mədəniyyətinin yüksəldilməsi, gənclərin cəmiyyətin ictimai və siyasi həyatında fəal rol oynaması, həmçinin gənclərin Milli Məclisdə müvafiq qanun layihələrinin ictimai müzakirələrində iştirak etməsi baxımından olduqca mütərəqqi təsisat olacağını bildirib.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında layihənin gənclərin təmsilçilik imkanlarının genişləndirilməsi və fəal region gənclərinin potensialının səfərbər olunması istiqamətində mahiyyətini vurğulayıb.

Tədbirdə millət vəkilləri və konfederativ gənclər təşkilatlarının nümayəndələri iştirak edib. 
Azərbaycan Gənclər Parlamenti layihəsinin yaradılmasının əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq, qanun layihələrinin ictimai müzakirələrini təmin etmək və gənclərin müasir çağırışlarla bağlı məsələlərini həm millət vəkilləri, həm də icra hakimiyyəti orqanları qarşısında qaldırmaqdır.

Layihəyə qoşulmaq istəyən 18-25 yaş aralığında Azərbaycan Respublikasının vətəndaşı olan gənc namizədlər www.genclerparlamenti.az portalı vasitəsi ilə elektron qaydada 19 noyabr 2021-ci il tarixinədək müraciətlərini göndərə bilərlər. 

Azərbaycan Gənclər Parlamenti ölkənin 13 iqtisadi rayonundan hər birindən 2 gənc olmaqla 26, Bakı şəhərindən isə 4 gənc olmaqla ümumi 30 nəfərdən ibarət olacaq. Azərbaycan Gənclər Parlamentinin üzvlərinə aylıq nümayəndəçilik xərclərinin ödənməsi nəzərdə tutulur. Üzvlərin səlahiyyət müddəti 2 ildir. 

Seçimlər başa çatdıqdan sonra Azərbaycan Gənclər Parlamentinin hər iki aydan bir Bakı şəhərində plenar iclasları keçiriləcək. Plenar iclaslar olmayan müddətə hər iki həftədən bir onlayn sessiyalar təşkil olunacaq. Üzvlər iclaslar zamanı müvafiq qanun layihələrinin ictimai müzakirəsini təşkil edəcək, təkliflər formalaşdıracaq və yeni təşəbbüslərlə çıxış etmək üçün müzakirələr aparacaq.

Eyni zamanda, üzvlər davamlı olaraq təmsil etdikləri iqtisadi rayonların gəncləri ilə görüşlər təşkil edəcək, müvafiq təbliğat-təşviqat işlərini aparacaq, yerlərdə gənclərin problemlərini öyrənəcək və həmin məlumatları aidiyyəti üzrə yönləndirəcəklər. 
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir