14-28 may 2012-ci il tarixlərində Azərbaycan Gənclər Parlamentinə aparılmış ərizə qəbulu sona çatmışdır. Yekun olaraq Azərbaycan Gənclər Parlamentinə üzv olmaq üçün 1187 nəfər müraciət etmişdir. Azərbaycan Gənclər Parlamentinin mətbuat xidmətindən AZXEBER.COM-averilənməlumatagörə, müraciət edənlər arasında 791 nəfəri kişi, 396 nəfəri xanım təşkil edir.
Qeyd edək ki, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli bir layihədir.
Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, fəal Avropa vətəndaşlığını təşviq etmək, tələbələri Avropa siyasəti ilə məşğul olmaq üçün həvəsləndirmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.
Gənc parlamentarilər üçün seçim turunun ikinci mərhələsi haqda məlumat yaxın günlərdə təqdim olunacaq.