“Azərbaycan gəncləri Fransanı ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi görmək istəmir”

“Azərbaycan gəncləri Fransanı ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi görmək istəmir”
Bütün Xəbərlər
20:15 24.01.2012
1219
“Azərbaycanın neft və qaz yataqlarının işlənməsində Fransanın “Total” şirkəti də müəyyən paya malikdir. Biz beynəlxalq qanunvericilik çərçivəsində bu məsələyə yenidən baxılmasını məqsədəuyğun hesab edirik”Bakı. Ramil Məmmədli – APA. “Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbulu Fransa və beynəlxalq qanunlara ziddir. Çünki BMT-nin qəbul etdiyi konvensiyaya uyğun olaraq bu tipli məsələlər yalnız xüsusi status daşıyan məhkəmələrdə müzakirə edilə və qərar qəbul oluna bilər”. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı deyib.C. Osmanlı bildirib ki, Birinci Dünya müharibəsində yəhudi soyqırımı ilə bağlı Nürnberq, Yuqoslaviyadakı hərbi cinayətlərlə əlaqədar isə Haaqa məhkəmələri bu tip məsələlərə dair qərar qəbul ediblər: “Senatın qərarı isə Fransa Konstitusiyası ilə də birbaşa ziddiyyət təşkil edir. Fransa öz qanunlarının dominantlığını ölkəsi daxilində təmin edə bilmirsə, artıq beynəlxalq tərəfdaş kimi legitimliyini itirməsinə səbəb ola bilər. Biz, Azərbaycan gəncləri olaraq bu qənaətdəyik ki, Fransada mənzil-qərargahı yerləşən beynəlxalq təşkilatlar – Avropa Şurası, İnsan Haqları üzrə Avropa Məhkəməsi və digərləri bu ölkədə yerləşə bilməzlər. Fransa artıq həm öz qanunlarının təmininə şərait yarada bilmir, həm də beynəlxalq tərəf kimi legitimliyini itirib”.C. Osmanlı Azərbaycan gənclərinin mövqeyini ifadə edərək qeyd edib ki, Fransanı ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi də görmək istəmirlər: “Azərbaycanın neft və qaz yataqlarının işlənməsində Fransanın “Total” şirkəti də müəyyən paya malikdir. Biz beynəlxalq qanunvericilik çərçivəsində bu məsələyə yenidən baxılmasını məqsədəuyğun hesab edirik”.C. Osmanlı Fransa şirkətlərinin xidmətlərindən kütləvi imtina edilməsi təşəbbüsü ilə çıxış edib: “Bundan sonra Fransa hava yollarına məxsus şirkətlərin xidmətlərindən imtina edəcəyəm. Ən azından növbəti ədalətli qərar qəbul olunana qədər. Bu kimi etirazlarımızı davam etdirəcəyik. Bu gün Fransa səfirliyinin qarşısında da aksiya keçirəcəyik”.
OXŞAR XƏBƏRLƏR