Azərbaycan gənclərindən Ukraynaya böyük dəstək!

GƏNCLİK
14:59 17.07.2020
969
17 iyul tarixində gənclərin iştirakı ilə Ukraynanın Bakıdakı Səfirliyinin qarşısında aksiya keçirilmişdir. Aksiya zamanı gənclər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq, Ukrayna Hökuməti tərəfindən Azərbaycana dəstək verilməsinə görə təşəkkür etmiş, həmçinin bir neçə gün əvvəl Ukraynanın Ermənistandakı səfirliyinə edilən hücumu qınayıblar. Azərbaycan və Ukrayna dillərində "Təşəkkürlər Ukrayna”, "Ukrayna kimi ol”, "Azərbaycan-Ukrayna dostluğu əbədidir!” kimi şüarlar səsləndirən aksiya iştirakçıları Azərbaycan gəncləri adından bəyanatla çıxış etmişlər. Daha sonra Səfirlik əməkdaşları aksiya iştirakçılarının qarşısına çıxaraq, bəyanatın bir nüsxəsini götürüb, gənclərə təşəkkür etdilər.

Aksiya sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun –sosial məsafə qorunmaqla, qoruyucu maska və əlcəklərdən istifadə etməklə 5 nəfərin iştirakı ilə təşkil edilmişdir. Təqdim edilmiş bəyanatın mətni:

BƏYANATI

Biz, Azərbaycanın müxtəlif bölgələrindən olan minlərlə ölkə gəncinin adından Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribata cavab olaraq, Azərbaycanın haqlı mövqeyi, ərazi bütövlüyü və suverenliyinə dəstək verilməsi ilə bağlı qətiyyətli mövqeyinə görə Ukrayna Hökumətinə və xalqına təşəkkürümüzü bildiririk. Həmçinin, Azərbaycan gəncləri adından dost Ukrayna gənclərinə aşağıdakıları bəyan edirik:

1. Azərbaycanla Ukrayna xalqları arasında tarixən hər zaman dostluq münasibətlər olmuş və hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra sıx diplomatik əlaqələr qurulmuşdur. Azərbaycan və Ukraynanın dövlət rəsmiləri, parlamentariləri, vətəndaş cəmiyyəti nümayəndələri, gəncləri müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Soxsaylı tədbirlərdə, həmçinin ötən ilin noyabrında Kiev şəhərində keçirilən Azərbaycan – Ukrayna gənclərinin Forumunda ukraynalı həmyaşıdlarımız, dostlarımızla bir araya gəlməkdən hədsiz dərəcədə məmnun olduq. Bir daha əmin olduq ki, iki ölkənin gənclərinin beynəlxalq və milli məsələlərə və gələcək perspektivlərə baxışları həmrəydir. Biz bu dostluğu yüksək qiymətləndiririk və onun dəyərini yaxşı anlayırıq.

2. Azərbaycan müstəqil olduğu ilk gündən etibarən qonşu Ermənistan tərəfindən hərbi təcavüzlə rastlaşdı. Azərbaycanın tarixi-əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonumuzu, ümumilikdə ərazimizin 20 faizini işğal etmiş Ermənistan hərbi qüvvələri bir milyona yaxın azərbaycanlını dədə-baba yurdundan didərgin saldı, həmin regionda yüzilliklərlə mövcud olmuş mədəni-tarixi abidələrimizi dağıtdı, yaşayış məskənlərinin tarixi adlarını

dəyişərək, saxta adlar qoydu, Qarabağın Xocalı şəhərində bir gecədə 613 insanı, əsasən də qadın, ahıl və uşaqları sırf azərbaycanlı olduğuna görə misli görünməmiş amansızlıqla qətlə yetirdi. İllər, hətta on illiklər keçsə də Azərbaycan dövləti, ölkə gəncləri heç bir zaman bu işğalla barışmayacaq və doğma torpaqlarımızın geri qaytarılması uğrunda daim mübarizə aparacaqdır!

3. Ermənistan dövlətinin işğalçı və təcavüzkar mahiyyəti bütün dünyaya məlumdur və bir neçə gün öncə İrəvanda baş verən hadisə bunun daha bir bariz təzahürü idi. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən açılan artileriya atəşi ilə bağlı Ukraynanın Xarici İşlər Nazirliyi bəyanat yaydıqdan sonra İrəvandakı Ukrayna səfirliyinin Ermənistan dövlətinin idarə etdiyi "ictimai fəallar” tərəfindən hücuma məruz qaldı. Biz, Azərbaycan gəncləri adından bu təxribatı qınayırıq və bildiririk ki, ədalətli və mətin mövqeyinə görə Ukrayna dövlətinə və xalqına qarşı Ermənistanın törədə biləcəyi bütün təxribatların qarşısında durmağa hazırıq!

4. Son olaraq, Ukraynanın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin beynəlxalq hüquq və tarixi ədalətə söykənən mövqeyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, dost Ukrayna gənclərinə ən səmimi salamlarımızı çatdırır, dövlətinizə və xalqınıza rifah və sabitlik arzu edirik! İki ölkənin gəncləri arasındakı dostluq və qarşılıqlı anlaşma dünyanın üzləşdiyi yeni növ koronavirus (COVİD-19) pandemiyasına baxmayaraq, daha da dərinləşəcək və inkişaf edəcəkdir.

Ədalətin zəfər çalması üçün birlikdə mübarizə aparaq
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:24 13.08.2020

İlham Əliyev: "Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur"

20:59 13.08.2020

“Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - Prezident

20:46 13.08.2020

Qadın altı ayda iki dəfə COVID-19-a yoluxub

19:44 13.08.2020

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq

19:30 13.08.2020

Oğlunu öldürən atanın məhkəməsi başlayır

18:59 13.08.2020

Birinci vitse-spiker: “Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi” - MÜSAHİBƏ

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

X Mostbet