Azərbaycan Gənclərinin I Könüllülük forumuna start verildi - FOTOLAR

Azərbaycan Gənclərinin I Könüllülük forumuna start verildi - FOTOLAR
GƏNCLİK
11:43 29.04.2013
7501
Gəncə şəhərində keçirilən “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” öz işinə başlayıb. AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Könüllülər İctimai Birliyinin həyata keçirdiyi layihədə Azərbaycanın müxtəlif regionlarından 100-ə yaxıngənc iştirak edir. Layihənin açılış mərasimində iştirak edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev və “Gələcəyə Körpü” İctimai Birliyinin sədri Hakim Ələsgərov forumun işinə uğurlar arzulayıb.

Daha sonra isə “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” müxtəlif mövzuları əhatə edən panellərlə davam edib. Forumun ilk günü “Gələcəyə Körpü” İctimai Birliyinin baş katibi Hakim Ələsgərov və Amerika Sülh Korpusunun Gəncə SOS uşaq kəndindəki könüllüsü Kevin King“Beynəlxalq Könüllülük Proqramları” adlı panelin, İB Club həmtəsisçisi Şəmsi Bayramzadə “Könüllülüyün şəxsi inkişafda rolu”, ASAN Xidməti İnsan Resursları və Təlim şöbəsinin məsləhətçisi Azad Qardaşov “ASAN Xidməti-Gənclərin inkişafı naminə” və jurnalistlər Türkay Verdiyeva, Hacıbəy Heydərli, Yelena Sidorenko və Əfsələddin Ağalarov “ Yeni media-Yeni baxış” adlı panelin qonağı olub və iştirakçıları maraqlandıran suallara cavab verib.

Layihənin ilk günündə forum iştriakçıları könüllü ağacəkmə aksiyasında iştirak ediblər. İştirakçılar tərəfindən 200 dən çox ağac əkilib.

3 gün davam edəcək forum öz işinə 30 aprel tarixində yekun vuracaq.

Qeyd edək ki, “Azərbaycan Gənclərinin I Könüllülük Forumu”nun keçirilməsində əsas məqsəd aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qrupların yaradılmasını və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyasını təmin etmək, peşəkar mütəxəssislərin təcrübələrini iştirakçılara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.

Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyininin birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyəti, “İRƏLİ” İctimai Birliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyilə həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər