“Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, Ata Abdullayevi o tədbirə göndərsin”- Prezidentin köməkçisi

“Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, Ata Abdullayevi o tədbirə göndərsin”- Prezidentin köməkçisi
SİYASƏT
17:08 21.11.2019
19767
"Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistan Baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz "dialoqu” təşkil etsin".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Prezidentin köməkçisi Əli Həsənov ictimai fəal olduğu iddia edilən Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki bir kilsədə tərəfdarları ilə görüş keçirən Ermənistan Baş Naziri Nikol Paşinyanın tədbirinə qatılmasına münasibət bildirərkən deyib.

Ə.Həsənov sosial şəbəkələrdə və bəzi media orqanlarında A.Abdullayevin guya Azərbaycan hakimiyyətindəki şəxslər tərəfindən Milana düşünülmüş şəkildə göndərildiyi haqda iddiaları qəti şəkildə təkzib edib:

"Azərbaycanın hər hansı vətəndaşı öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq bu və ya digər beynəlxalq tədbirə qatıla və orada hansısa fəaliyyət göstərə, kiməsə dəstək və ya etiraz edə bilər. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur və biz yürütdüyümüz siyasətin mahiyyətini də, harada, necə həyata keçirilməsi yollarını da yaxşı bilirik”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan hakimiyyətinin, o cümlədən YAP-ın ətrafında geniş dünyagörüşə, yüksək təhsilə və intellektə malik, ölkəmizdəki və xaricdəki ən nüfuzlu ali məktəbləri yüksək göstəricilərlə bitirən yetərincə gənc fəal cəmləşib:

"Ehtiyac bildikləri halda və zərurət yarandıqda YAP gəncləri gərəkli addımlar atmağı bacarırlar və hakimiyyətin ideoloqları da nə zaman, hansı zəruri tədbirləri və necə görməyi yaxşı bacarırlar. Bunu Azərbaycan cəmiyyəti də hər zaman müşahidə edib. Təsadüfi deyil ki, cənab Prezidentimizin qarşımıza qoyduğu hədəflərə uyğun olaraq, erməni yalanlarının beynəlxalq miqyasda ifşa olunması sahəsində son illər necə qətiyyətli addımlar atılır. Təkcə Prezidentimizin "Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda, MDB dövlət başçılarının toplantısında erməni faşizminin təbliğinə qarşı kəskin və qarşı tərəfi susduran çıxışlarını xatırlamaq kifayətdir. Böyük dövlət xadimi və peşəkar siyasətçi olan Prezidentimizin yüksək dəqiqliklə hesablanan sərrast çıxışı qarşısında qeyri-peşəkar Paşinyanın düşdüyü durum təkcə Azərbaycan xalqının yox, dünyanın gündəminə çevrilib və hələ də müzakirə edilir. Belə böyükmiqyaslı siyasət aparan dövlətimizin Ata Abdullayevə ehtiyacı olduğunu iddia etmək hansı məntiqin nəticəsidir?”

Ə.Həsənov bu özfəaliyyətləri kəskin qınadığını bildirib və bunun düşünülərək və ya düşünülmədən erməni dəyirmanına su tökmək kimi qiymətləndirib:

"Kimsə, hardasa, hansısa təşəbbüsdə bulunursa, bunu Azərbaycan hakimiyyətinin adına yamamaq cəhdləri qətiyyən yolverilməzdir. Azərbaycan hakimiyyəti düşmənə qarşı siyasətini sərt milli iradə, yüksək intellekt, beynəlxalq hüquq müstəvisində aparır və hansısa erməni kilsəsində deyil, ən yüksək beynəlxalq tribunalardan səsləndirir və qəbul etdirir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
16:00 13.10.2026
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
15:59 13.10.2026
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
15:55 13.10.2026
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
15:47 13.10.2026
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
15:39 13.10.2026
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
15:35 13.10.2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
ƏMAS-da yenilik - Artıq...
15:24 13.10.2026
ƏMAS-da yenilik - Artıq...
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
15:22 13.10.2026
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib