Azərbaycan hava məkanını pozan təyyarələri vuracaq

Azərbaycan hava məkanını pozan təyyarələri vuracaq
Bütün Xəbərlər
17:00 18.01.2013
880
Nazirlər Kabineti “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. “Aviasiya haqqında” qanuna, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq hazırlanmış qaydalarda hava hərəkətinin təhlükəsizliyi, ölkənin hava məkanından istifadəsi ilə əlaqədar məsələlər əksini tapıb. Sənəddə Azərbaycanın ərazisi üzərindəki hava məkanında dövlət sərhədi boyunca xüsusi rejim şəraitində istifadə edilən, eni 13,5 mil/25 km təşkil edən sərhədboyu zolaq təyin edilib.Normativə əsasən, aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya Hava Hərəkətinin Təşkili Vahid Sisteminin zonasında yerləşən aerodromun dövlət aviasiyası üçün istismarına dair təlimat Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı tərəfindən, mülki və eksperimental aviasiya üçün isə Dövlət Mülki Aviasiya Adminstrasiyasının (DMAA) direktoru tərəfindən təsdiq edilir. Aerodrom rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya birgə bazalı aerodromun istismarına dair təlimat, aeroqovşaq rayonunun sərhədləri HHQ komandanı və DMAA-nın direktoru tərəfindən təsdiq edilməlidir. Qaydalara əsasən, aerodromlar haqqında zəruri məlumatlar Müdafiə Nazirliyinin DMAA ilə birgə dərc etdirdiyi aeronaviqasiya məlumatlarına dair sənədlərdə əks olunmalıdır.Sənəddə Azərbaycanın hava məkanında qadağan edilmiş zonalar və məhdudiyyət zonaları müəyyən edilə bilər. Zəruri hallarda, DMAA dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanlarının təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər. Qadağan edilmiş zonalarda və məhdudiyyət zonalarında hava məkanından istifadə qadağandır.Qaydalara əsasən, radiolokasiya tanıma sistemi ilə təchiz olunmuş Azərbaycanın bütün hava gəmiləri (o cümlədən, beynəlxalq uçuşlar yerinə yetirən hava gəmiləri) ölkənin hava məkanında uçuşlar yerinə yetirərkən, onların radiolokasiya tanıma qurğuları işə salınmalıdır. Hava məkanında tanınmamış hava gəmiləri və digər maddi obyektlər peyda olduqda, müstəsna hallarda "Çətir" siqnalı verilir. Bu siqnal havada olan bütün hava gəmilərinin (qaydaları pozan hava gəmiləri ilə mübarizə üçün cəlb edilən və axtarış və xilasetmə funksiyalarını yerinə yetirən hava gəmiləri istisna edilməklə) dərhal eniş etməsi və ya qeyd edilən rayondan çıxması tələbini nəzərdə tutur.Azərbaycanın hava məkanından istifadə qaydalarının pozulması halları da müəyyən edilib. Sorğu (cədvəl, qrafik) göndərmədən, HHQ orqanlarını xəbərdar etmədən, sorğu qüvvəyə minməzdən qabaq və qüvvədə olma müddəti bitdikdən sonra hava məkanının istifadə edilməsi, müvafiq operativ orqanının icazəsi olmadan hava məkanından istifadə edilməsi, uçuşları idarəetmə orqanlarının və yaxalayan-qırıcı təyyarənin komandalarının yerinə yetirilməməsi, nəzarət məqsədləri üçün uçuş yerinə yetirən hava gəmiləri, xüsusi icazə alınmadan qadağan olunmuş zonanın və məhdud zonanın hava məkanından istifadə edilməsi və s. hava məkanından istifadə qaydalarının pozulması hesab edilir.Hava məkanının istifadəçisi hava hərəkətinin uçuşu ilə bağlı olan pozuntunu dayandırmaq barədə uçuşları idarəetmə orqanının əmrini yerinə yetirmədikdə, HHQ-nin operativ növbətçi komanda məntəqəsinin qərarına əsasən növbətçi təyyarələr (helikopterlər) havaya qalxaraq, qeyd edilən hava gəmisini ən yaxın aerodroma (meydançaya) enməyə məcbur edə bilər. Hava gəmisi tərəfindən məcburi qaydada yerə enmək barədə tələbə əməl edilmədikdə, bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmadıqda, hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib