“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
İQTİSADİYYAT
12:03 22.09.2025
997
Bakı – AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları” (AZAL) Maldiv adalarının milli aviaşirkəti "Maldivian” ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Bu əməkdaşlıq AZAL sərnişinləri üçün Maldiv adalarına səyahət imkanlarını daha da genişləndirir.
 
AZXEBER.COM xəbər verir ki, yeni tərəfdaşlıq çərçivəsində AZAL ilə uçan sərnişinlər Velana Beynəlxalq Hava Limanından (MLE) ölkənin ən iri daxili şəbəkəsinə sahib olan "Maldivian” aviaşirkəti vasitəsilə Maldiv adalarının 17 unikal istiqamətinə rahatlıqla səyahət edə biləcəklər. Əməkdaşlıq iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, aviasiya və turizm sahəsində qarşılıqlı inkişafın təşviqinə töhfə verir. Bu tərəfdaşlıq, həmçinin AZAL-ın uçuş şəbəkəsini daha da genişləndirərək Maldiv adalarını səyahətçilər üçün daha əlçatan edir.
 
"Maldivian” ilə tərəfdaşlıq bizim üçün marşrut şəbəkəmizin genişləndirilməsi və beynəlxalq mövcudluğumuzun gücləndirilməsi istiqamətində mühüm addımdır. Bu əməkdaşlıq Azərbaycan və qonşu ölkələrindən olan sərnişinlərimizə yeni və cəlbedici səyahət imkanları yaradır, Maldiv adaları kimi dünyaca məşhur turizm istiqamətini daha yaxın edir. Əminik ki, bu tərəfdaşlıq gələcəkdə iki aviaşirkət arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün möhkəm platforma rolunu oynayacaq”, — deyə "Azərbaycan Hava Yolları”nın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.
  
Qeyd edək ki, Maldiv adalarının milli aviaşirkəti "Maldivian” həm geniş daxili şəbəkəsi, həm də beynəlxalq uçuşların həyata keçirilməsi ilə ölkənin aparıcı aviadaşıyıcısıdır. Aviaşirkət 17 yerli hava limanına, eləcə də Hindistan, Çin və digər beynəlxalq istiqamətlərə reyslər yerinə yetirir. "Maldivian”, həmçinin dəniz təyyarəsi xidmətləri də göstərir və bununla sərnişinlərin fasiləsiz daşınmasını təmin edir.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir