Azərbaycan hökümətindən Rusiya səfirliyinə 4,5 milyon manat

Azərbaycan hökümətindən Rusiya səfirliyinə 4,5 milyon manat
Bütün Xəbərlər
15:43 10.01.2012
1474

Hökumət Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə 4,5 milyon manat məbləğində vəsait ayırıb. AZXEBER.COM budget.az saytına istinadən xəbər verie ki, Nazırlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.

Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 190 saylı sərəncamına görə, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu,Balaəmi Dadaşov küçəsi, 31 ünvanında yerləşən binanın alınıb. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsinə 4 milyon 500 min manat məbləğində vəsait ayrılıb.Vəsait 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılıb.

Bu addım Azərbaycan Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası diplomatik nümayəndəliklərinin yerləşdirilməsi ilə bağlı daşınmaz əmlakla qarşılıqlı təmin olunması haqqında razılaşmaya əsasən həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR