Azərbaycan Hüquqşünasları Konfederasiyasından 'ASAN Xidmət'in aksiyasına dəstək

Azərbaycan Hüquqşünasları Konfederasiyasından
Bütün Xəbərlər
22:00 24.04.2013
900

Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki 1 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən Ümumdünya Kitab və Müəlliflik hüququ günü münasibətilə başladılan “Kitabımızı paylaşaq” adlı aksiyasına qoşulub. Belə ki, bu gün AHK tərəfindən təşkilatın müxtəlif vaxtlarda çap etdirdiyi 300-ə yaxın hüquq ədəbiyyatı, hüquq dərslikləri 1 saylı “ASAN xidmət” Mərkəzinə hədiyyə edilib.

Qeyd edək ki, “ASAN xidmət”ə müraciət edən şəxslər, aksiyaya qoşulmaq məqsədilə maraqlı kitablarını vətəndaşlara paylaşa bilər. Bunun üçün vətəndaş xüsusi olaraq ayrılmış guşəyə kitabını qoya, əvəzində isə təqdim olunan kitablardan götürə bilər.Məqsəd ədəbiyyata və bədii qiraətə marağı artırmaqdır.

OXŞAR XƏBƏRLƏR