"Azərbaycan İdmanının Döyüş Mirvarisi" yarışması başlayıb

İDMAN
16:00 24.11.2013
1555
İdmançılar arasında "Azərbaycan İdmanının Döyüş Mirvarisi" yarışması baş tutub.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Qeyri-olimpiya idman növləri "Azərbaycan İdmanının Döyüş Mirvarisi" adlı yarışmaya start verilib.Siyahıda İsmayıllı idmançısı Vüsal Abdullazadə, Rafael Ağayev, Zabit Səmədov, Eduard Məmmədov, Fariz Məmmədov, İsrail Əsgərov (Fizuli - Beyləqan) və s. kimi titullu idmançılarda yer alır.Belə ki, Fanatlar və idman sevərlər sevdiyi və fanatı olduğu idmançını "simmey-do.az" rəsmi saytına daxil olaraq 15 nəfər - ən tiullu idmançı (2011-2012 illər üzrə dünya və avropa çempionları) arasından dəstəkləyib yarışmanın qalibi edərək, Azərbaycan İdmanının Döyüş Mirvarisi adını, Diplom, Kubok, Pul mükafatı və dəyərli hədiyyələr qazandıra bilərlər.Əlavə olaraq qeyd edək ki, İlin yekununa kimi səs faizləri ilə birinci yerdə olan idmançıya "Azərbaycan Simmey-do Full Kontakt Karate Federasiyasının" ilin idmançısı və döyüşçüsü fəxri olaraq təltif ediləcək.
OXŞAR XƏBƏRLƏR