ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) Azərbaycanın ikinci telekommunikasiya peykinin buraxılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün “Azərkosmos” ASC-yə qrant ayıracaq.
Bu orbital peyk Azərbaycan, ətraf bölgələr və Afrikanın ərazisini əhatə edəcək. APA-nın USTDA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qrantın ayrılması ilə bağlı saziş Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və USTDA-nın direktoru Leokadiya Zak tərəfindən imzalanıb.
Bu qrant “Azerspace-2” telekommunikasiya peykinin alınması, maliyyələşdirilməsi, buraxılması və istismarı ilə bağlı iqtisadi, texniki və maliyyə məsələlərinin müəyyənləşdirilməsinə imkan verəcək.
Qrantın məbləği açıqlanmır.