QAYNAR.İNFO və AZXEBER.COM informasiya portallarının birgə təşəbbüsü ilə yaradılan İnternet Media Mərkəzi "İnternet aləmində 2011-ci ilin ən yaxşılarının" seçiminə başlayıb. Mərkəzdən verilən məlumata görə, seçim Azərbaycanda ilk dəfə olaraq "facebook" sosial şəbəkəsində aparılır və səsvermə açıq şəkildə keçirilir. Belə ki, "facebook" sosial şəbəkəsinə üzv olan həmyerlilərimizin kimə səs verdiyi açıq şəkildə İnternet Media Mərkəzinin rəsmi səhifəsində göstərilir. Sorğu aşağıdakı nominasiyalar üzrə keçirilir.
İlin ən yaxşı universiteti hansıdır?"Facebook"da Azərbaycanın ən yaxşı səhifəsi hansıdır?İlin ən yaxşı tədris mərkəziİlin ən yaxşı müğənnisiİlin parlayan ulduzuİlin ən yaxşı Qeyri Hökümət Təşkilatıİlin ən yaxşı Rayon icra hakimiyyətiİlin ən yaxşı nazirliyiİlin ən yaxşı informasiya agentliyiİlin ən yaxşı radiosuİlin ən yaxşı internet televiziyasıİlin ən yaxşı internet radiosuİlin biznes brendləriİlin ən yaxşı qadın teleaparıcısıİlin ən yaxşı kişi teleaparıcısıİlin ən yaxşı televiziyasıMediayla ən çox əməkdaşlıq edən universitetMediayla ən çox əməkdaşlıq edən mətbuat xidməti İnternet media ilə ən çox əməkdaşlıq edən millət vəkiliİlin ən yaxşı bankıİlin ən yaxşı internet provayderi2011-ci ilin ən yaxşı Parfüm və kosmetika şirkəti hansıdır?2011-ci ilin ən yaxşı mobil operatoru hansıdır?
Səsvermə yanvar ayının 8-ə qədər davam edəcək və yanvarın 9-u nominasiyalar üzrə qaliblər ictimaiyyətə açıqlanacaq.Xatırladaq ki, İnternet Media Mərkəzi (İMM) Azərbaycanda internet medianın inkişafına yardım məqsədi ilə yaradılıb. İMM fəaliyyəti dövründə vaxtaşırı ölkədə internet medianın vəziyyəti ilə bağlı mütəxəssis rəyləri hazırlayır, müxtəlif istiqamətlər üzrə hesabatlar dərc edir, eyni zamanda jurnalistlərlə dövlət qurumlarının rəsmilərinin intensiv görüşlərinin təşkilinə çalışır.SORĞUDA İŞTİRAK ETMƏK ÜÇÜN BU YAZIYA TIKLAYIN