Azərbaycan-İran sərhədində insident: ölənlər var - FOTO

Azərbaycan-İran sərhədində insident: ölənlər var - FOTO
SİYASƏT
12:46 02.10.2019
6811
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AZXEBER.COM-a məlumat verilib.

Verilən məlumata görə, 2019-cu ilin 02 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin döv­lət sərhədini pozmaları müşahidə olunmuş­dur

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmiş, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaç­ma­ğa cəhd göstər­mişlər.

 "Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olun­muş və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerin­də və­fat etmiş­lər.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü nar­­­kotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olun­muşdur.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov ərazi­yə ezam edilmiş, hadisə yerinə baxış keçirilmiş, sərhəd pozucu­larının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlə­rinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar vermişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
20:49 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
19:56 13.10.2026
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
19:38 13.10.2026
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
19:24 13.10.2026
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
19:11 13.10.2026
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
18:48 13.10.2026
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq
18:35 13.10.2026
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq