“Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvan görüşünün yekunlarına dair birgə bəyannamədə deyildiyi kimi, habelə dövlətlərarası səfərləri nəzərə alaraq, Azərbaycan İranla mehriban qonşuluq münasibətlərinə sadiqdir”.Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Azərbaycan səfirinin İran XİN-ə dəvət olunmasını şərh edərkən deyib.Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-la əməkdaşlıq edən dəstə üzvlərini ifşa etməsi ilə bağlı Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran XİN-ə dəvət olunub. İran XİN etirazını bildirərək, ittihamları rədd edib. Bildirilib ki, Azərbaycanın hərəkətləri Naxçıvanda bağlanan üç tərəfli sazişə və iki ölkənin müdafiə nazirlərinin imzaladığı razılaşmaya ziddir.