Stokholmda rüsvayçılıq: İsveç 5:0 Azərbaycan

İDMAN
00:47 28.03.2023
697
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirib.

AZXEBER.COM xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv səfərdə İsveçin qonağı olub.

Stokholm şəhərindəki "Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesab 38-ci dəqiqədə açılıb. İsveç seçməsinin təcrübəli yarımmüdafiəçisi Emil Forsberq fərqlənib. Meydan sahibləri 65-ci dəqiqədə fərqi iki topa çatdırıblar. Bu dəfə Bəhlul Mustafazadə topu öz qapısına göndərərək, avtoqola imza atıb.

Bununla kifayətlənməyən skandinaviyalılar sona yaxın daha 3 dəfə fərqləniblər. 79-cu dəqiqədə Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson, 89-cu dəqiqədə isə Antoni Elanqa adlarını tabloya yazdırıblar.

Beləliklə, üç gün əvvəl Avstriyaya məğlub olan Azərbaycan millisi ardıcıl ikinci oyununda böyük hesabla məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını iyunun 17-də "Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026