Portuqallar Konqo ilə bacara bilmədi

Portuqallar Konqo ilə bacara bilmədi
İDMAN
23:12 17.06.2026
151
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) K qrupunda 1-ci turun ilk oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində baş tutmuş matçda Portuqaliya və Konqo Demokratik Respublikası milliləri qarşılaşıblar.

Komandalar görüşdə hərəyə bir dəfə qol vurublar - 1:1.

Portuqallardan Joau Neveş matçın 6-cı dəqiqəsində, Konqodan isə Yoan Vissa 45+5-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, iyunun 18-i səhər saat 06:00-da K qrupunda Özbəkistan və Kolumbiya yığmaları da qarşılaşacaqlar.
OXŞAR XƏBƏRLƏR