Azərbaycan İzmir şəhərində fotoşəkil sərgisində təmsil olunacaq

Azərbaycan İzmir şəhərində fotoşəkil sərgisində təmsil olunacaq
Bütün Xəbərlər
11:00 18.08.2013
756
Azərbaycan İzmir şəhərində XIX Beynəlxalq incəsənət günləri fotoşəkil sərgisində təmsil olunacaq. 
AZXEBER.COM-un AzərTac-a istinadən verdiyi məlumata görə, TÜRKSOY-un dəstəyi ilə avqustun 29–dan sentyabrın 8-dək Türkiyənin İzmir şəhərində XIX Beynəlxalq incəsənət günləri fotoşəkil sərgisi keçiriləcək.AzərTAc Türkiyənin KİV-lərinə istinadla xəbər verir ki, sərgidə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Fransa, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kuba, Moldova, Rusiya Federasiyası və Türkiyə təmsil olunacaq.Sərgi çərçivəsində, həmçinin TÜRKSOY-a üzv ölkələrin rəssamlarının əsərləri də nümayiş etdiriləcək.
OXŞAR XƏBƏRLƏR