"Azərbaycan jurnalistikası bu gün özünün ən şərəfli dövrlərindən birini yaşayır"

"Azərbaycan jurnalistikası bu gün özünün ən şərəfli dövrlərindən birini yaşayır"
MEDIA
13:54 03.07.2025
445
"Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunacaq və bununla bağlı cənab Prezident İlham Əliyev tərəfindən 25 aprel 2025-ci il tarixində imzalanmış sərəncam mövcuddur. Həmin sənəddə Azərbaycan mətbuatının keçdiyi şərəfli yol, onun tarixi və bu günkü durumu aydın və dərin məzmunla əks etdirilmişdir. Bu sərəncam, həm də dövlət səviyyəsində Azərbaycan mətbuatına verilən yüksək qiymətin göstəricisidir. Azərbaycan jurnalistləri, 150 illik fəaliyyəti ərzində hər zaman dövlətə, dövlətçiliyə sadiq olmuş, milli maraqların qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirmişlər".
 
Bunu SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan mətbuatından danışarkən, xüsusilə 44 günlük Vətən müharibəsi və ondan sonrakı antiterror əməliyyatlarını xatırlamamaq mümkün deyil: "Məhz həmin dövr Azərbaycan jurnalistlərinin və ümumilikdə mətbuatının ən ağır, lakin bir o qədər də şərəfli sınağı oldu. Həmin günlərdə Azərbaycan jurnalistikası üzərinə düşən tarixi vəzifəni ləyaqətlə yerinə yetirdi. Düzgün, operativ, milli maraqlara uyğun və obyektiv informasiya təqdim olunması ilə jurnalistlər həm informasiya cəbhəsində böyük uğurlar qazandılar, həm də beynəlxalq mediada Azərbaycanın haqq səsinin çatdırılmasında önəmli rol oynadılar.

Bununla yanaşı, post-müharibə dövründə də Azərbaycan mətbuatı inkişaf mərhələsinə qədəm qoydu. Medianın İnkişafı Agentliyinin yaradılması, media haqqında qanunun qəbul edilməsi ilə ölkəmizdə jurnalistika sahəsində hüquqi və institusional çərçivə daha da möhkəmləndirildi. Bu islahatlar nəticəsində "kimdir jurnalist?" sualına dəqiq və hüquqi cavab verildi. Peşəkar jurnalistika ilə qeyri-peşəkar fəaliyyət arasında sərhədlər müəyyənləşdirildi və media sahəsində keyfiyyət göstəricilərinə əsaslanan yeni dövr başlandı.

Cənab Prezidentin 25 aprel 2025-ci il tarixli sərəncamında həm də Azərbaycan milli mətbuatından gözləntilər açıq şəkildə qeyd olunmuşdur. Bu gün biz süni intellekt dövründə yaşayırıq və bu reallıq jurnalistlərin fəaliyyətində də yeni çağırışlar yaradır. Məlumatların sürətli yayımı, real faktların saxta xəbərlərdən ayrılması, süni intellektin yaratdığı kontentlərin təhlili və düzgün istifadəsi məsələləri jurnalistlərin diqqət mərkəzində olmalıdır. Azərbaycan oxucusuna dəqiq, həqiqi və düzgün məlumatın çatdırılması, jurnalistlərin cəmiyyətə xidmət funksiyasını yerinə yetirməsi baxımından olduqca vacibdir.

Bütün bu çərçivədə, əminliklə demək olar ki, Azərbaycan jurnalistikası bu gün özünün ən şərəfli dövrlərindən birini yaşayır. Həm informasiya müstəvisində, həm də ictimai nüfuz baxımından müsbət inkişaf müşahidə olunur. Eyni zamanda, Azərbaycan mediasının beynəlxalq informasiya məkanında yer alması, xarici media ilə əməkdaşlığın genişlənməsi, təcrübə və informasiya mübadiləsinin aparılması da prioritet istiqamətlərdən biridir. Beləliklə, 150 illik zəngin və şərəfli tarixi olan Azərbaycan milli mətbuatı bu gün də yenilənən formatda, müasir texnologiyaların imkanlarından istifadə etməklə, informasiya cəmiyyətində öz layiqli yerini qoruyub saxlayır və gələcəyə inamla addımlayır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
18:59 24.08.2026
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
18:41 24.08.2026
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
“Survivor” dördüncüsü ailə qurdu
18:27 24.08.2026
“Survivor” dördüncüsü ailə qurdu
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
18:09 24.08.2026
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
18:02 24.08.2026
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
17:58 24.08.2026
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq