Azərbaycan könüllüləri Türkiyədə on minlərlə zərərçəkənə xidmət ediblər - FOTO

GƏNCLİK
15:35 28.02.2023
5445
Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək verir. Türk xalqına yardım məqsədilə Azərbaycan gəncləri də könüllü kimi zəlzələ bölgəsində fəaliyyətini davam etdirir.

Artıq üçüncü həftədir ki, fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər on minlərlə zərərçəkmiş şəxsə xidmət edib, eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayıb və digər dəstəkverici xidmətləri göstəriblər. Həmçinin könüllü gənclərimiz çörəkbişirmə və paylama məntəqəsində fəaliyyətə başlayıb, habelə ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak ediblər.

Xüsusi vurğulamaq lazımdır ki, zəlzələ bölgəsindəki uşaqların sevimlisinə çevrilən Azərbaycan könüllüləri ötən həftə də bu bölgələrdə yaşayan həssas vəziyyətdəki minlərlə uşağa xidmət ediblər. Belə ki, könüllülərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırıb, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün hər gün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərib, eləcə də uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil ediblər. Həmçinin gənclərimiz tərəfindən "uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərən çadırlar qurulub və bu mərkəzdə uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün də şərait yaradılıb.
 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib