"Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər başladı - FOTO

GƏNCLİK
21:59 06.12.2023
2201
Dekabrın 5-də "Azərbaycan Könüllülük Həftəsi 2023”ün başlamasının elanı ilə əlaqədar baş tutan mətbuat konfransı zamanı tədbirin "Vətənpərvərlik”, "Təhsil və Elm”, "İdman və Sağlamlıq”, "Mədəniyyət”, "Mənəvi Tərbiyə” kimi istiqamətlərə əsaslanacağı və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən könüllüləri əhatə edəcəyi bildirilib. Konfransda qeyd edilib ki, daim inkişaf edən könüllülük hərəkatı onu göstərir ki, İlham Əliyevin hər zaman nəcib bir fəaliyyət kimi dəyərləndirdiyi və diqqət ayırdığı könüllülük fəaliyyəti bu gün institusional səviyyədə inkişaf edib.  

"Könüllülük Həftəsi”nə start verildiyi gün Bakı şəhərində baş tutan konfransla paralel olaraq 15 şəhər və rayonda könüllülər tərəfindən şəhid və qazi ailələri ziyarət olunub, eyni zamanda region ərazilərində Şəhidlər xiyabanlarına yürüş edilib və təmizlik aksiyaları keçirilib.

Dekabrın 5-də baş tutan mətbuat konfransından dərhal sonra Azərbaycan könüllüləri rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsini təcəssüm etdirən Hərbi Qənimətlər Parkını ziyarət edərək, müharibə iştirakçısı olmuş könüllülərlə görüş keçiriblər.

Qeyd edilən istiqamətlər arasında 6 dekabr tarixindən fəaliyyətə başlayan və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan, vətənpərvərlik istiqaməti üzrə "Könüllü Qəhrəmanlarımız” layihəsi baş tutub.

Azərbaycan Respublikası Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə 2018-ci ildən etibarən başlayan və hər ilin dekabr ayında həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi” 2023-cü ildə də bir-birindən fərqli layihə və tədbirlərlə yadda qalacaq.

Qeyd edək ki, "Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib